10 
Okt
2017
15:13
11
214
10201
Virtual karabakh

DİN 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yaydı

10 Okt, 2017
15:13
10201

DİN 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Sabirabadda dörd nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 9-da saat 7:00 radələrində Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində Füzuli rayon sakini Nəriman Mustafayevin idarə etdiyi “Mercedes” və İmişli rayon sakini Mövsüm Rəsulovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə N. Mustafayev və sərnişinlərindən həmyerliləri Səxavət Rəsulzadə və Elsevər Quluzadə hadisə yerində ölüb, digər sərnişinləri Etibar Eyvazlı və Araz Kərimli xəstəxanaya yerləşdiriliblər. E. Eyvazlı orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri