11 
Okt
2017
21:38
24
366
13168
Virtual karabakh

Bakıda taksi üç qadını vurdu – FOTO

11 Okt, 2017
21:38
13168

Bakıda taksi üç qadını vurdu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərində daha bir yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az “Primetime.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Afiyəddin Cəlilov küçəsində yaşanıb. 

Belə ki, üç qadın yolun piyada keçidi olmayan hissəsindən keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan avtomobil vurub. 

Hadisə nəticəsində hər üç piyada ciddi xəsarət alıb. Qəza nəticəsində Məmmədova Tünzalə və Nuriyeva Ləman kəllə-beyin travması keçiriblər.

Digər xanım isə qəza nəticəsində huşunu itirdiyindən adını xatırlamayıb. 

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri