12 
Okt
2017
09:22
3
166
2368
Virtual karabakh

Oğuzda avtomobil 6 yaşlı qızı vurdu

12 Okt, 2017
09:22
2368

Oğuzda avtomobil 6 yaşlı qızı vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuzda 6 yaşlı qızı avtomobil vurub.

Oxu.Az xəbər verir ki, Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, oktyabrın 11-i, saat 19:00 radələrində rayonun Padar kənd sakini, 2011-ci il təvəllüdlü Duyğu Nemət qızı Məmmədəliyeva müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxananın qəbul şöbəsinə gətirilib. Lakin onun öldüyü bəlli olub.

Məlum olub ki, Duyğu Məmmədəliyeva Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsini keçmək istəyən zaman onu avtomobil vurub.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin Təhqiqat və İstintaq bölməsində araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri