12 
Okt
2017
13:40
11
229
975
Virtual karabakh

Dayanacaqlarda məlumat terminalları niyə işləmir?: BNA susmağa üstünlük verir

Bakı şəhəri, Nəsimi rayon sakini Zərifə Kərimzadə milli.az-a müraciət edərək paytaxtdakı avtobus dayanacaqlarında informasiya terminallarının işləməməsindən şikayətlənib.

Oxu.Az-ın məlumatına görə, şikayətçi bildirir ki, bu problem sərnişinlərin işini çətinləşdirir: “Paytaxtda avtobus dayanacaqlarında informasiya terminalları niyə işləmir? Biz bir yana, şəhərə rayondan, xüsusən də xaricdən gələnlər avtobuslarla bağlı heç bir məlumat əldə edə bilmir. O qədər xərc çəkib monitorlar qoymuşdular. Bu problem nə vaxt aradan qaldırılacaq?”

Məsələ ilə bağlı milli.az bir aydan çox müddətdə BNA-nın mövqeyini öyrənməyə çalışıb. Lakin bununla bağlı sorğunun sentyabrın 5-də verilməsinə və daha sonra bu barədə bir neçə dəfə təkrar xatırlatmalara baxmayaraq, sözügedən qurumun İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən hər hansı cavab almaq mümkün olmayıb.

A.M.

www.oxu.az

Digər Avto-Moto xəbərləri