13 
Okt
2017
10:08
11
169
4101
Virtual karabakh

Bakıda gənc qadını piyada keçidində avtomobil vurdu

13 Okt, 2017
10:08
4101

Bakıda gənc qadını piyada keçidində avtomobil vurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Şamaxı-Bakı yolu ilə hərəkət edən “99-GC-706” dövlət qeydiyyat nişanlı, "Nissan" markalı avtomobili idarə edən Məmmədov Ağaəsgər Ağaibrahim oğlu piyada zolağı ilə hərəkət edən təxminən 20-25 yaşlı gənc qadını vurub.

Sürücü yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Həkimlər vəziyyəti ağır olduğu üçün onu xəstəxananın reanimasiya şöbəsinə köçürüblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri