14 
Okt
2017
22:10
118
302
9114
Virtual karabakh

Naxçıvan Avtomobil Zavodu istehsalı bərpa edə bilmir

14 Okt, 2017
22:10
9114

Naxçıvan Avtomobil Zavodu istehsalı bərpa edə bilmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin 9 ayı ərzində Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal olunub. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı Naxçıvan Avtomobil Zavodudur.

Oxu.Az "Marja"ya istinadla xəbər verir ki, 2017-ci ilin yanvar-iyul və yanvar-avqust aylarında da (7 və 8 ayda) Azərbaycanda cəmi 30 ədəd minik avtombili istehsal edilmişdi. Beləliklə, 2 aydır Naxçıvan Avtomobil Zavodunda istehsal dayanıb.

01.10.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 124 ədəd təşkil edib.

01.09.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 131 ədəd təşkil etmişdi.  01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd idi. 

Avtomobillər satılmadığından Naxçıvan Muxtar Respublikası Ali Məclisi zavoda dəstək verir. Bu günlərdə zavodun bi neçə avtomobili alınaraq dövlət qurumlarına verilib.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.

Məhsul növləri

2017-ci ilin yanvar-sentyabr aylarında

istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.10.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Traktorlar, ədəd

1 035

146,0

4

Xüsusi təyinatlı kommunal maşınlar, ədəd

2 270

196,2

289

Yük avtomobilləri, ədəd

6

1,6

2

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri