15 
Okt
2017
15:14
29
275
8839
Virtual karabakh

Bakı-Qazax yolunda "Prado" aşdı: Yaralılar var – FOTO

15 Okt, 2017
15:14
8839

Bakı-Qazax yolunda "Prado" aşdı: Yaralılar var – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Qazax yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan "02-BM-202" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı minik avtomobili yol kənarında olan beton maneəyə dəyərək aşıb. Qəza zamanı 3 nəfər xəsarət alıb, nəqliyyat vasitəsi isə yararsız vəziyyətə düşüb. Avtomobildə olan yük (meyvə-tərəvəz) yol boyu yerə səpələnib.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri