16 
Okt
2017
09:29
6
116
4686
Virtual karabakh

Bakı yolunda təmir qəzaya səbəb oldu – FOTO

16 Okt, 2017
09:29
4686

Bakı yolunda təmir qəzaya səbəb oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonu ərazisində avtomobilin aşması ilə nəticələnən yol qəzası olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Hənifə Ələsgərov küçəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Kamilzadə Nicat Güləhməd oğlu idarə etdiyi "90-ZX-735" dövlət qeydiyyat nişanlı, "Toyota Corollo" markalı avtomobillə Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən, yolun təmir işləri gedən hissəsini görmədiyi üçün idarəetməni itirib və avtomobil aşaraq, əvvəlcə səkiyə, ardınca isə işıqfora çırpılıb.

Nəticədə sürücü xəsarət almasa da, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Yol infrastrukturuna ciddi ziyan dəyib. Aşmış avtomobil Yol Patrul Xidməti əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri