16 
Okt
2017
12:20
13
226
17577
Virtual karabakh

Bakıda yola "protiv" girən avtobus sürücüsü faciəyə səbəb oldu – FOTO

16 Okt, 2017
12:20
17577

Bakıda yola "protiv" girən avtobus sürücüsü faciəyə səbəb oldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması faciəyə səbəb olub.

Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, 64 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yolu keçmək istəyən Təranə Məhəmməd qızı Babaşovanı avtomobillə vurub.

T.Babaşovanın həyat yoldaşı Müzəffər İsmayılovun sözlərinə görə, hadisə sentyabrın 27-də baş verib.

Təranə Babaşova “8-ci kilometr” bazarının qarşısında avtobusdan düşüb, yolu keçmək istəyib. Bu vaxt əks istiqamətdə hərəkət edən 64 saylı avtobus xanımı vurub.

Sürücü polis tərəfindən saxlanılıb. T.Babaşova isə xəstəxanaya yerləşdirilib. Müzəffər İsmayılovun sözlərinə görə, xanımı 18 gündür komadadır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri