16 
Okt
2017
14:40
11
126
6477
Virtual karabakh

Bakıda avtoservislərdə sürücüləri necə aldadırlar?

16 Okt, 2017
14:40
6477

Bakıda avtoservislərdə sürücüləri necə aldadırlar?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər bir avtomobil sahibi avtomobilinə qulluq üçün mütləq avtoservis seçməlidir. Bu avtoservislər rəsmi və ya qeyri-rəsmi ola bilər. Ən yaxşı servislər konkret olaraq bir marka üzrə ixtrisaslaşırlar. Və ya yalnız sürət qutusu ilə məşğul olan servislər də var. Onlar sizin üçün mühərrik yağı dəyişməyəcəklər. Elə servis var ki, onlar yalnız alman avtomobilləri ilə məşğul olurlar. Birinci ehtiyat edəcəyimiz servis "hərşeyşünaslar" servisidir. Bütün markalara və bütün xidmətləri göstərən servislərdə ehtiyatlı olmaq lazımdır.

Oxu.Az avtostop.tv-yə istinadən xəbər verir ki, bu və ya digər servis haqqında şərhləri internetdən tapıb-oxuyun. Bir servisə baş çəkin, usta ilə söhbət edin. Öncə avtomobili çox sadə məsələlərə görə onlara təqdim edin. Məsələn, əyləc qəliblərinin dəyişməsi. Baxın, usta necə çalışır. Detallarla necə davranır və ümumiyyətlə, bilik səviyyəsi nə yerdədir.

Servislərdə ən geniş yayılmış dələduzluq misalları

"Ustalar" avtomobilinizə lazım olmayan xidmətlər təklif edir. Mürəkkəb diaqnostikalar “düşünərək”, sizi qorxutmağa çalışır. Halbuki bu cür diaqnostikaları araşdırsanız, sizə lazım  olmadığını görəcəksiniz.

Saxta məhsulu orijinal qiymətinə satır. Bu zaman qoyulmuş ehtiyat hissəsi ilə özünüz tanış olun. Seriya nömrəsini internetdə yoxlayın. Orijinal məhsulu saxtadan ayırmağı öyrənin. Bəli, əslində, saxta məhsul ölkəyə daxil olmamalıdır. Mövcud qanunvericilik bunu qadağan edir. Lakin piştaxtalarda bunlara rast gəlinir. Ona görə mütləq ehtiyat hissəsi seçimində diqqətli olun.

Söhbətə nədən başlamalı?

Hər bir servisin qiymət cədvəli olmalıdır. Qiymət cədvəlini tələb edin və xidmətlərin qiymətləri ilə tanış olun. Hər bir işin görülmə saatına diqqət edin.

Sizə xərclərinizlə bağlı rəsmi sənəd verməlidirlər və siz onunla tanış olduqdan sonra imza atmalısınız. Və bu sənədə əsasən, avtoservis görülən işlər üzrə zəmanət verməyə borcludur. Bu sənəd şirkətin rəsmi blankında olmalıdır. Adi A4 vərəqdə olsa, onlara etibar etməyin  və ya verilən sözə inanmayın.

Razılaşdıqdan sonra görülmüş işi yoxlayın. Nasazlıq aradan qalxmayıbsa, utanmadan düzəlməsini tələb edin. “Bu cür səs eləməlidir” sözlərinə qulaq verməyin.

Yenicə avtomobilə sahib olanlara vacib məsləhət

Avtomobilinizi yaxından tanıyın. Hansı mühərrik sistemi, hanslı transmissiyaya malik olduğunu bilin. Servislərdə bir neçə test sualları var ki, onu sürücüyə verməklə, ən yuxarı qiymətli servis xidmətini tətbiq edirlər. Əgər avtomobilinizə bələd deyilsinizsə, sizə əlavə xidmətlər “yüklənəcək”. Avtomobilini tanıyana isə ehtiyatla yanaşırlar.

Sürücünün aldadılacağına işarə verən əsas məqam müştərinin razılığı olmadan avtomobilin sökülməsi və baxış keçirilməsidir. Normal servis müştərinin razılığı olmadan, avtomobildən bir bolt belə  açmayacaq.

Əgər bunu etdilərsə, deməli, dələduzluğa start verildi. Dərhal polisə məlumat verib, bunu protokollaşdırın. Çünki yuxarıda dediyim kimi, sizə görüləcək işlərlə bağlı sənəd verilməlidir. Siz həmin sənədlə tanış olduqdan və imzaladıqdan sonra işə start verilir. Sənəddə olmayan işi görmək olmaz. Yaxşı servisdə görülmüş işlər, quraşdırılmış ehtiyat hissələri və zəmanəti haqqında yazılı məlumat verilir.

Sənəd yoxdur? Sizi aldadırlar, “soyulma” əməliyyatının sonunu gözləyin. Pul daha çox çıxacaqsa, dərhal polisə məlumat verin. 

Sizinlə razılaşdırılmayan bir işə görə ödəniş etməyə bilərsiniz. Amma buna hazır olun ki, ödəniş etmədiyiniz detalı sökəndə, başqa ziyanvurma “missiyası” da ola bilər.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri