17 
Okt
2017
01:54
82
165
12348
Virtual karabakh

Yol polisi defisi silinən nömrələri belə düzəldir – VİDEO

17 Okt, 2017
01:54
12348

Yol polisi defisi silinən nömrələri belə düzəldir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq bir neçə gündür yol polisi standartlara cavab verməyən nömrələrin bərpası işinə başlayıb. Avtomobilin nömrəsində defis işarəsi silinən sürücülər istənilən yol polis postuna yaxınlaşaraq, 2-3 dəqiqə müddətində nömrəsində olan qüsuru aradan qaldıra bilər.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, Baş Dövlət Yol Polis İdarəsinin müvafiq göstərişi ilə stasionar postda yol polisi avtomobilinin nömrəsində defisi silinən sürücüləri saxlayır. Onlara əvvəlcə məsələ ilə bağlı məlumat verilir, daha sonra nömrənin defisi normal hala salınır.

Dövlət nömrə nişanında qüsur olan sürücülərin böyük əksəriyyəti isə bundan xəbərsiz olduqlarını deyirlər.

Dəmir çərçivəni nömrənin üzərinə qoymaqla yol polisi bu işi 2-3 dəqiqə müddətində ödənişsiz həyata keçirir. Yol polislərinin verdikləri məlumata görə, həmin boya nömrəni yazan maddədəndir.

Nömrədəki defisin başqa yerdə bərpasına gəlincə isə, Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, istənilən şəxs nömrəsində olan bu çatışmazlığı öz ustasına düzəltdirə bilər. Amma gərək həmin defis səliqəli şəkildə rənglənsin və nömrənin digər hissələri zədələnməsin.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri