17 
Okt
2017
18:40
162
35
13248
Virtual karabakh

Azərbaycanlı məmur oğlunun düşdüyü qəzadan danışdı: Cəzasını alacaq

17 Okt, 2017
18:40
13248

Azərbaycanlı məmur oğlunun düşdüyü qəzadan danışdı: Cəzasını alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşov ailəyə məxsus avtomobilin piyadanı vurmasından danışıb.

Oxu.Az xəbər verir ki, o, Qafqazinfo ilə əlaqə saxlayaraq, hadisəyə aydınlıq gətirib. 

Bildirib ki, qəza zamanı sükan arxasında oğlu deyil, sürücüsü olub: “Hadisə baş verən zaman  oğlumla Azərbaycan-Belarus  biznes forumunda iştirak etmişik. Sözügedən seriyalı avtomobil həmişə sürücüdə olub. Qəza anı müşahidə kameralarında əks olunub. Və hazırda həmin görüntülər hüquq-mühafizə orqanlarındadır. İşlə bağlı Yasamal RPİ-də tədqiqqat aparılır, araşdırma davam edir”. 

Qaraşov deyib ki, qəzanı törədən sürücü qanunla cəzasını alacaq: “Xoşbəxtlikdən ölüm hadisəsi baş verməyib. Piyada gənc xanımdır. O, tibbi yardım alıb, evlərindədir. Allaha şükür, heç bir problemi yoxdur. Qəzadan heç kəs sığortalanmayıb. Baş verən hadisəyə görə çox təəssüf edirəm. Sürücünün səhvi üzündən bizə məxsus olan avtomobilin belə qəza törətməsi xoş deyil”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri