18 
Okt
2017
10:00
78
15
4153
Virtual karabakh

"Avtolüks Azərbaycan" "Jeep" sahiblərinə macəra yaşatdı

18 Okt, 2017
10:00
4153

"Avtolüks Azərbaycan" "Jeep" sahiblərinə macəra yaşatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Avtolüks Azərbaycan" "Jeep" sahiblərini 14-15 oktyabr tarixlərində Bakı – Quba marşrutu üzrə 2 günlük macəraya dəvət edib. 

Avtomarafona qoşulan "Jeep" fanatları Böyük Qafqaz sıra dağları boyunca sinfinin lideri olan yolsuzluq avtomobilləri ilə səyahət edib. "Jeep"erlər yolsuzluq şəraitində vətənimizin gözəl guşələrini ziyarət edib, möhtəşəm mənzərələrə nəzər salıb, dağ zirvələrinə qalxmaqla, təbiət qoynunda aktiv həftəsonu istirahətindən zövq alıblar.

Qala Xudatda qurulmuş düşərgədə iştirakçılara istirahət imkanı, dadlı təamlar və əyləncə proqramı təklif olunub. İstirahətdən sonra iştirakçılar peşəkar bələdçilərin və alpinistlərin dəstəyi ilə dağ zirvəsinə qalxmaq imkanı əldə ediblər. "Offroad" komandasının göstərdiyi şou zamanı yolsuzluq yarış avtomobilinin məharətindən ilhamlanan iştirakçılar da özlərini sınamağa həvəsləniblər. "Offroad" üzrə peşəkar komandanın dəstəyi ilə "Jeep"erlər öz avtomobillərinin nəyə qadir olduğunu kəşf edib, bir çox yeniliklər, bundan öncə istifadə etmədikləri funksiyalarla tanış olublar. 

Emosiyalarla yüklənmiş tur iştirakçıları yaşanan macəradan sonra "Rixos" hotelinə yollanıblar. Hoteldə asudə vaxt və ənənəvi çay süfrəsi arxasında maraqlı səyahəti müzakirədən sonra, gecənin sonunda istirakçılara sertifikat və "Avtolüks Azərbaycan" tərəfindən hədiyyələr təqdim olunub.

Macəra artıq arxada qaldı, lakin yaşanan emosiyalar və xoş təəssürat "Jeep"erlərin xatirələrində daim qalacaq. "Avtolüks Azərbaycan"ın öz daimi müştərilərinə təqdim etdiyi bu imkandan gələn dəfə yararlanmağı hər bir "Jeep"erə məsləhət görürük. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri