18 
Okt
2017
11:34
10
71
3233
Virtual karabakh

Yol polisindən qanunsuz nişanla bağlı AÇIQLAMA

18 Okt, 2017
11:34
3233

Yol polisindən qanunsuz nişanla bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Ekspert Ərşad Hüseynovun qanunsuz adlandırdığı yol nişanı küçədən götürülüb".

Oxu.Az xəbər verir ki, bu barədə Qafqazinfo-ya məlumatı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov verib.

O bildirib ki, fakt mediada işıqlandırılan kimi dərhal araşdırmalara başlanılıb: “Həmin əraziyə baxış keçirilib və fakt öz təsdiqini tapıb. Hazırda da aidiyyəti üzrə tədbirlər görülür. Qeyri-qanuni olduğuna görə nişan dərhal həmin ərazidən götürülüb və kim tərəfindən qoyulduğunu müəyyən etmək üçün kamera görüntüləri incələnir. Bu hadisə son bir neçə gün ərzində baş verib. Yəni, bu günlərdə kimsə bu nişanı özbaşına orada quraşdırıb”.

Polis polkovniki onu da vurğulayıb ki, belə halların yaşanması yolverilməzdir və həmin şəxslər qanunvericilikdə nəzərdə tutulmuş formada məsuliyyətə cəlb olunurlar.

Xatırladaq ki, dünən ekspert Ərşad Hüseynov sosial şəbəkədə paytaxtın Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrində saysız-hesabsız çatışmazlıqların olduğunu və hətta qanunda olmayan  nişanların yerləşdirildiyini yazmışdı.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri