19 
Okt
2017
10:28
10
101
4178
Virtual karabakh

Bakıda ən çox qəza hansı yolda olur?

19 Okt, 2017
10:28
4178

Bakıda ən çox qəza hansı yolda olur?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 2017-ci ilin 9 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələri, əsasən, günün günorta və axşam saatlarında, daha dəqiq desək, saat 13:00-dan 18:00-dək və 20:00-dan 24:00-dək qeydə alınıb. Yəni 76 nəfərin öldüyü, 203 nəfərin isə xəsarət aldığı 245 hadisə məhz bu saatlarda baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Bölmə rəisi qeyd edib ki, əvvəlki illərdə hadisələr, əsasən, daha çox şənbə və bazar günləri baş verirdisə, bu il onların sayı həftənin bütün günlərində təxminən eyni olub.

V.Əsədov qəzaların şəhərin hansı yollarında baş verdiyini də açıqlayıb: "Başvermə yerinə görə hadisələr ən çox Ziya Bünyadov, Heydər Əliyev, Azadlıq, Qara Qarayev, Neftçilər, Nobel prospektlərində, eləcə də, Şəhər şosesi, Bakı-Mərdəkan şosesi, Mərdəkan-Buzovna yolu, Bakı Dairəvi və Salyan yollarında qeydə alınıb".

Qeyd edək ki, 2017-ci ilin 9 ayı ərzində Bakıda 450 yol qəzası baş verib, nəticədə 139 nəfər ölüb, 392 nəfər isə xəsarət alıb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri