19 
Okt
2017
14:31
8
104
2100
Virtual karabakh

Ağsu aşırımında təhlükəli vəziyyət – FOTO

19 Okt, 2017
14:31
2100

Ağsu aşırımında təhlükəli vəziyyət – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsu aşırımında sürüşmə olub, magistral yolda çatlar əmələ gəlib.

Oxu.Az xəbər verir ki, Report-un Şirvan bürosunun məlumatına görə, son günlər intensiv yağışlar səbəbi ilə sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə olunub. Ağsu rayonu ərazisində mövcud sürüşmə nöqtələrində uçqunlar baş verib. 

Sürüşmə Bakı-Ağsu-Yevlax magistralının Ağsu rayonu ərazisindən keçən hissəsində, yolun 142, 148, və 153-cü kilometrliklərində qeydə alınıb. Sürüşmənin baş verdiyi ərazilərdə yolun bir hissəsi çöküb. 

Mütəxəssislərin fikrincə, ərazi aktiv sürüşmə zonası hesab olunur. Bu səbəbdən də yağışlardan sonra dağın yamac hissəsində böyük torpaq axını qeydə alınıb, qrunt suları isə sürüşmənin miqyasını artırıb.

Sürüşmə ərazisinin uzunluğu təqribən 20-30 metr, dərinliyi 10-20 santimetr, bəzi yerlərdə 30 santimetrə çatır.

Qeyd edək ki, sürüşmə yola doğru davam edir. Ərazi Yol İstismar Idarəsi tərəfindən nəzarətə götürülüb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri