20 
Okt
2017
11:33
57
269
14679
Virtual karabakh

Yol polisi avtomobil təmiri sexlərini nəzarətə götürür – VİDEO

20 Okt, 2017
11:33
14679

Yol polisi avtomobil təmiri sexlərini nəzarətə götürür – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yol polisinin arayışı olmadan qəzaya uğrayan avtomobili təmir edən ustalar cərimələnir. Bu, qanunda və Nazirlər Kabinetinin əsasnaməsində göstərilsə də, tələblərə bir o qədər də ciddi əməl olunmurdu.

Oxu.Az Xezerxeber.az-a istinadla məlumat verir ki, artıq yol polisləri bu cür təmir sexlərində reydlər keçirəcəklər. 

Dövlət Yol Polisinin icazəsi olmadan nəqliyyat vasitəsinin üzərində dəmirçi və rəngsaz işlərinin görülməsinə görə, böyük məbləğdə cərimə də var.

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, arayışın tələb olunması həm "Yol hərəkəti haqqında" qanunun tələbidir, həm də Nazirlər Kabinetinin xüsusi göstərişi ilə bağlıdır.

Eyni zamanda, avtomobil sürücüsü hadisə ilə bağlı yol polisinə məlumat vermədiyi üçün, haqqında inzibati qaydada protokol tərtib edilə bilər. Ona görə də yol-nəqliyyat hadisəsi baş verirsə, dəymiş maddi zərərlə, yaxud tərəflər arasında dəymiş maddi zərərin məbləğindən və şikayətin olub-olmamasından asılı olmayaraq, hadisə mütləq dövlət yol polisində qeydiyyatdan keçməli, arayış tərtib edilməlidir.

Kamran Əliyev bunun ancaq qəzaya uğramış avtomobillərə aid olduğunu deyir.

Burada əsas məqsəd gizlədilən qəzaların aşkarlanmasıdır. Şöbə rəisinin sözlərinə görə, yol-nəqliyyat hadisələrində ölümlə nəticələnən və bağlı qalan bir neçə hadisə yoxlamalar zamanı aşkara çıxıb. Ona görə də yol polisi avtomobil təmiri sexlərində mütəmadi olaraq araşdırmalar aparır.

15 ildir avtomobil rəngləmə işi ilə məşğul olan usta Vaqif Əmirxanov da qəzalı avtomobilləri polisin icazə sənədi olmadan təmir etmədiyini deyir. O, hətta ayda 4-5 belə sürücünü geri qaytardığını dedi.

Sürücülər heç vaxt belə bir problemlə üzləşmədiklərini deyirlər. İstənilən vaxt avtomobildə əzik və ya rənglənmə işini rahatlıqla təmir etdirdiklərini bildirdilər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri