20 
Okt
2017
22:17
75
368
46296
Virtual karabakh

Üzərində Ermənistan bayrağı olduğu deyilən avtomobilin sahibi danışdı – FOTO

20 Okt, 2017
22:17
46296

Üzərində Ermənistan bayrağı olduğu deyilən avtomobilin sahibi danışdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Üzeyir Hacıbəyov küçəsində Ermənistan bayrağının simvolları olan emblem yapışdırılmış 10 UU 550 dövlət nömrə nişanlı, “Mercedes GL” markalı avtomobil 

Oxu.Az-ın xəbərinə görə, nəqliyyat vasitəsinin fotosu arxadakı avtomobilin sürücüsü tərəfindən çəkilərək sosial şəbəkədə paylaşılıb. 

Avtomobilin sahibi Şahin Xanəliyev Trend-ə açıqlamasında bildirib ki, avtomobili 4-5 il bundan əvvəl alıb:

“Mən özüm Çexiyada yaşayıram. Bu gün Azərbaycana gəlmişəm və avtomobili məhz bu gün idarə etmişəm. Ancaq o avtomobili təqribən 5 il əvvəl Bakıda avtosalonlardan birindən almışam. Avtomobili aldığım zaman üzərində həmin işarə olub. Bu, Ermənistanın bayrağı deyil. Necə ola bilər ki, avtomobilin üzərində Ermənistanın bayrağı olsun, mən də ona göz yumum?! Ola bilər rənglər hansısa formada uyğun gəlsin, ancaq Ermənistanın bayrağı deyil”.

Ş.Xanəliyev artıq həmin rəngi pozdurduğunu deyib: 

“Artıq emblemin üzərindəki narıncı rəngi pozdurmuşam. Əgər bu rənglər söz-söhbətə səbəb olursa, sözsüz ki, o emblemi tamamilə ləğv edəcəyəm. Biz elə adamlar deyilik, həmişə xaricdə Azərbaycan bayrağını uca tutmuşuq”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri