22 
Okt
2017
21:43
7
219
4810
Virtual karabakh

Bakı-Qazax yolunda avtomobil kanala düşdü

22 Okt, 2017
21:43
4810

Bakı-Qazax yolunda avtomobil kanala düşdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yevlaxda avtomobilin kanala düşməsi nəticəsində sürücü və sərnişin xəsarət alıb.

Oxu.Az-ın Report-un Qərb bürosuna istinadla məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayon Səmədabad kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “BMW” markalı avtomobil idarəetmədən çıxaraq kanala düşüb. Nəticədə avtomobildə olan iki nəfər, Gəncə şəhər sakinləri - 1984-cü il təvəllüdlü Ramin Müslüm oğlu Məmmədov və 1985-ci il təvəllüdlü İsfəndiyar Nafiq oğlu Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri