24 
Okt
2017
09:15
39
97
3417
Virtual karabakh

Şəmkirdə “NİVA” aşdı, polis yaralandı

24 Okt, 2017
09:15
3417

Şəmkirdə “NİVA” aşdı, polis yaralandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkirdə ağır yol qəzası baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.

“Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlardan biri, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, Kür qəsəbə sakini 1990-cı il təvəllüdlü Fərman Mirzəyevdir.

O, müalicə üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılıb. Digər yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri