24 
Okt
2017
11:51
102
23
4822
Virtual karabakh

Yasamalda yeni yol çəkiləcək

24 Okt, 2017
11:51
4822

Yasamalda yeni yol çəkiləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Qanlı Göl”ün şimal hissəsində 11,6 hektar torpaq sahəsində tikinti işləri aparılır.

Oxu.Az xəbər verir ki, Yasamal rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xarici Dairəvi yoldan başlayaraq “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisindən keçməklə Abbas Mirzə Şərifzadə küçəsinə çıxışı təmin edəcək Nazim Hikmət küçəsinin davamı layihəsi hazırlanıb.

Layihə müvafiq təşkilatlarla, o cümlədən Yasamal rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri