24 
Okt
2017
13:19
12
229
3930
Virtual karabakh

Şamaxıda yük maşını naxırın üstündən keçdi

24 Okt, 2017
13:19
3930

Şamaxıda yük maşını naxırın üstündən keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı rayonunda iribuynuzlu heyvanların kütləvi tələf olması ilə nəticələnən avtomobil qəzası baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şamaxı-Göylər-Padarçöl yolunda qeydə alınıb.

90-JD-527 dövlət nömrə nişanlı, “SHACMAN” markalı yük avtomobili yoldan keçən, Göylər kənd sakinlərinə məxsus 16 baş iribuynuzlu heyvanı vurub. Hadisə zamanı yük avtomobilinin altında qalan inəklərdən 8-i ölüb, 8-i xəsarət alıb. Kəndlilərə ümumilikdə 15 min manat maddi ziyan dəydiyi bildirilir.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri