11 
Dek
2017
21:31
12
344
5261
Virtual karabakh

Yol qəzasında yaralanan hərbçi xəstəxanada ölüb

11 Dek, 2017
21:31
5261

Yol qəzasında yaralanan hərbçi xəstəxanada ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəki rayonunda baş vermiş qəzada ağır xəsarət almış hərbçi xəstəxanada dünyasını dəyişib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, dekabrın 9-da Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda, Şəki rayonunun girişində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. 

Qəza zamanı iki “Mercedes” markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında keçinib. 

Yaralılardan 4 nəfəri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına, digər Şəkiyə aparılıb. Dörd yaralı hərbçi daha sonra digər şəhərlərdə yerləşən hərbi tibb müəssisələrinə yola salınıb. 

Durumu nisbətən sabitləşən yaralılar - Murad Bağırov, Elvin Qasımlı və Rəşad Aslanlı Gəncə şəhərindəki hospitala göndərilib. Başından ağır xəsarət alan və kritik durumda olan 1994-cü il təvəllüdlü, Salyan rayon sakini Məhəmməd Qabil oğlu Heydərovun isə hospitala göndərilməsi təxirə salınıb. Bu gün isə həmin yaralı hərbçi şəhər xəstəxanasında dünyasını dəyişib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri