12 
Dek
2017
17:41
42
336
9549
Virtual karabakh

Bakıda qəza: Jurnalist öldü – YENİLƏNİB

12 Dek, 2017
17:41
9549

Bakıda qəza: Jurnalist öldü – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, dekabrın 12-nə keçən gecə Bayraq meydanının qarşısında “Daewoo” markalı avtomobil yolu keçməyə çalışan 1950-ci il  təvəllüdlü, Nərimanov rayon sakini Məmmədov Sabit Məmməd oğlunu vurub. 

Xəstəxanaya yerləşdirilən S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün gündüz saatlarında keçinib.

Qeyd edək ki, vəfat edən Sabit Məmmədov (Emin Sabit imzası ilə yazırmış) "Təzadlar" qəzetinin əməkdaşı olub.

***

09:36

Bakıda avtomobil piyadanı vurub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Belə ki, Bayıl qəsəbəsində yolu keçmək istəyən 1950-ci il təvəllüdlü Məmmədov Sabit Məmməd oğlunu avtomobil vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Qeyd edək ki, xəsarət alan piyada S.Məmmədov "Təzadlar" qəzetinin əməkdaşıdır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri