23 
Apr
2018
14:29
257
76
9442
Virtual karabakh

“QAZ” markalı avtomobillər Azərbaycanda yığılacaq

23 Apr, 2018
14:29
9442

“QAZ” markalı avtomobillər Azərbaycanda yığılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ) ASC ilə “Azərmaş” ASC arasında “QAZ” markalı avtomobillərin Azərbaycanda yığımına dair əməkdaşlıq haqqında memorandum imzalanıb.

Oxu.Az xəbər verir ki, sənədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin arasında keçirilmiş görüş çərçivəsində imza atılıb. 

M.Oreşkin isə bildirib ki, görüşdə iki ölkənin yeni birgə müəssisələr yaratması məsələsi müzakirə olunub.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında yaradılmış İşçi Qrupu iki ölkənin ticarət dövriyyəsinin artırılmasına töhfə olub.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri