May
2018
16:32
35
292
8012
Virtual karabakh

Arpadarai: Bakı Qran-Prisi daha iki il təqvimdə olacaq

3 May, 2018
16:32
8012

Arpadarai: Bakı Qran-Prisi daha iki il təqvimdə olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” Azərbaycan Qran-Prisinin növbəti mərhələsinin Mayamidə keçiriləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanan xəbərlər həqiqətə uyğun deyil. 

Bu sözləri Oxu.Az-a açıqlamasında Bakı Şəhər Halqasının marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. 

“Qran-Prinin Mayamidə keçiriləcəyi məsələsini şərh etməyəcəyik. Bu, şəhər icra hakimiyyəti ilə “Formula-1” rəhbərliyi arasında razılaşdırılır. Bakı Qran-Prisinin Mayami yarışlarına aidiyyəti yoxdur”, - o bildirib. 

Arpadarai qeyd edib ki, yeni marşrut xətləri əlavə olunsa da, Azərbaycan Qran-Prisi minimum iki il ölkəmizdə keçiriləcək. 

“Çünki tərəflər arasında müqavilə imzalanıb”, - marketinq və kommunikasiya şöbəsinin rəhbəri əlavə edib.

Əli Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri