İyn
2018
11:00
41
116
14597
Virtual karabakh

“Xalq avtomobili”nin unikal şərtlərlə satışına başlanıldı - FOTO

1 İyn, 2018
11:00
14597

“Xalq avtomobili”nin unikal şərtlərlə satışına başlanıldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Volkswagen” Bakı Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi münasibətilə unikal “Xalq avtomobili” kampaniyasını təqdim edir. 

Kampaniya çərçivəsində iyun ayı ərzində avtomatik sürət qutusu ilə təchiz olunmuş “Volkswagen Polo Sedan Comfortline” avtomobili bazarda öz seqmentində ən sərfəli qiymətə, 25 700 AZN deyil, 23 500 AZN-ə təklif olunacaq. Avtomobillərin sayı məhduddur.

“Volkswagen” Bakı Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə “Volkswagen Polo Sedan” modelinin “Comfortline” komplektasiyalı avtomobillərinin inanılmaz şərtlərlə satışına start verib. 

Bu model daha yüksək komplektasiyaya və orta seqment üçün çox sərfəli göstəricilərə malikdir. Faktiki olaraq, mexaniki sürət qutusu ilə təchiz olunmuş modelin qiymətinə təklif olunan avtomat sürət qutusu ilə təchiz olunan “Polo Sedan Comfortline” öz seqmentində lider avtomobil modellərindən biridir. 23 500 AZN qiymət isə onu öz sinfində ən sərfəli edir. Alman avtomobilini bir sıra Asiya istehsalçılarının uyğun seqmentdəki alternativlərindən belə daha sərfəli qiymətə əldə etmək mümkün olacaq. 

Bundan əlavə olaraq, “xalq avtomobili”ni analoqu olmayan, 5999 AZN ilkin ödəniş şərtləri ilə də əldə etmək mümkündür. Belə ki, bütün xərclər daxil olmaqla, 36 aylıq, ilkin ödənişi cəmi 5999 AZN və aylıq 737 AZN-ə 2018-ci il istehsalı “Polo Sedan Comfortline” avtomobilinə sahib ola biləcəksiniz.

“Xalq avtomobili” kampaniyası çərçivəsində təqdim olunan avtomobillərin sayı məhduddur və yalnız iyun ayı ərzində satılan avtomobillərə şamil olunacaq. Daha ətraflı məlumatı *7788 nömrələri ilə əlaqə saxlayaraq və ya Babək pr. 35a ünvanında yerləşən avtosalona yaxınlaşaraq əldə edə bilərsiniz.

“Volkswagen” AG-nin Azərbaycanda yeganə rəsmi təmsilçisi “Euro Style LTD” öz innovativ xidməti və müştəri yönümlü kampaniyaları ilə daim öndə olan şirkətdir. Ötən il 20 illik yubileyini qeyd edən “Volkswagen” Bakı Mərkəzi müxtəlif sərfəli təklifləri, endirim kampaniyaları və verdiyi imkanları ilə daim öz müştərilərini sevindirməkdədir.

Bu sırada “Volkswagen Passat” modelinə verilən ekslüziv qiymət və 5 il tam pulsuz servis xidməti, rəsmi servisdə “İl boyu endirim” kampaniyası və başqa təklifləri göstərmək olar. Yüksək keyfiyyətli xidmət və hər alıcı seqmenti üçün nəzərdə tutulan avtomobillər təqdim etmək şirkətin başlıca məqsədidir.

Əlaqə telefonu:  *7788 
(+994 12) 555-77-88

www.volkswagen.az
https://www.facebook.com/VolkswagenAZ
https://www.instagram.com/volkswagen_azerbaijan/

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri