18 
İyl
2018
14:51
218
74
17286
Virtual karabakh

“Qaz-21” idman avtomobili qiymətinə satılır - FOTO

“Ötən əsrdən salam” – bu məlumata məhz bu adı vermək olar. 

Bakıda avtomobil alqı-satqısı saytlarından birində 1958-ci il buraxılışı olan avtomobillə bağlı elan yerləşdirilib. 

Söhbət “Qaz-21” avtomobilindən gedir. Elanın mətnində deyilir: “Maşın saz vəziyyətdədir. Bütün detalları zavod istehsalıdır”. 

SSRİ-nin ən məşhur avtomobillərindən olan “Qaz-21”in satış qiyməti isə 27 500 manat və ya 16 min dollardır. 

Xatırladaq ki, bu qiymətə həmin saytda “Chevrolet Camaro” idman avtomobilini almaq mümkündür:

Necə deyirlər, “Klassika ölmür”.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri