10 
Okt
2018
10:00
88
164
21954
Virtual karabakh

Bakıya yeni Maşın gəlib! – FOTO/VİDEO

10 Okt, 2018
10:00
21954

Bakıya yeni Maşın gəlib! – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Haval Azərbaycan” şirkəti yeni avtomobili üçün təqdimat mərasimi keçirib.

Oxu.Az xəbər verir ki, məşhurların və iş adamlarının iştirakı ilə baş tutan gecədə “Haval” avtomobil markasının yeni “H6” modeli təqdim edilib.

Tədbir zamanı çıxış edən “Haval Azərbaycan” şirkətinin direktoru Ağasadıq Sadıqov bildirib ki, 2 GDİ Turbo mühərrikinin sayəsində benzin sərfiyyatına 20 faizədək qənaət edə biləcəyiniz avtomobilin əsas xüsusiyyətlərindən biri avtoparkinq sisteminin olmasıdır.

Ölü zonalarda məlumatlandırıcı siqnalla sizə informasiya verən maşında həmçinin, sükanı hansı tərəfə döndərməyinizdən asılı olmayaraq, duman işıqlarının həmin səmtə avtomatik dönməsi prosesi də baş verir.

Rahatlığı ilə sizi məmnun edən “Haval” xüsusi zövqlə hazırlanmış modern tipli interyeri ilə aerokosmik maşına bənzəyir. Xüsusi keyfiyyətə malik dəri salonda, sükan və oturacaqlar isitmə sistemi ilə təmin olunub.

Yuxulu vəziyyətdə maşın sürərkən tam təhlükəsizliyinizi təmin edəcək xəbərdar edici siqnallar, sizi zolağınızı dəyişdiyiniz zaman məlumatlandıraraq siqnallar verəcək.

Xarici görünüşü ilə sizi valeh edən “Haval” qara, qırmızı, qəhvəyi və göy olmaqla, dörd rəngdə təqdim olunur. Tədbir zamanı “Light in Black” şirkətinin ərsəyə gətirdiyi kadrlarda da bu, öz əksini tapıb. 

19 düymlük möhtəşəm diskləri ilə diqqət çəkən avtomobilə istehsalçı xüsusi olaraq, 100 min km. qədər kitabçada qeyd olunmuş hissələrə tam ödənişsiz servis təklif edir.

Hər 5 min km-dən bir tələb olunan servis xərclərini “Haval” tam olaraq, avtomobilin 100 min km. sürülməsinə qədər öz üzərinə götürür.

44 min 900 manat qiyməti olan avtomobilə 20% ilkin ödəniş və lizinq şərtləri ilə sahib olmaq mümkündür.

5 il və ya 100 min km. zəmanəti olan “Haval” 187 at gücündədir.

Ünvan: Babək pr. 22/69
Telefon: (012) 514 10 78
Instagram: @haval_azerbaijan

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri