20 
Sen
2017
02:11
20
371
23821
Virtual karabakh

Ələt-Astara yolunda dəhşətli qəza: 4 qadın öldü, 3 nəfər yaralandı – VİDEO + YENİLƏNİB

20 Sen, 2017
02:11
23821

Ələt-Astara yolunda dəhşətli qəza: 4 qadın öldü, 3 nəfər yaralandı – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 19-da axşam saatlarında işdən qayıdarkən avtomobil qəzası nəticəsində həyatlarını itirmiş 4 nəfər salyanlı qadının şəxsiyyəti müəyyənləşdirilib.

Oxu.Az Virtualaz.org-a istinadən onların siyahısını təqdim edir:

1.   Əhmədova Arzu Ağahüseyn qızı. 1980-ci il, Salyan şəhəri, 20 Yanvar küçəsi.

2.   Baxşıyeva Sevinc İbrahim qızı. 1965-ci il, Salyan şəhəri, 20 Yanvar küçəsi.

3.   Qasımova Vəfa Əhəd qızı. 1984-cü il, Salyan şəhəri, Ə.Quliyev küçəsi.

4.   Əhədova Gilas Məhərrəm qızı. 1958-ci il, Salyan şəhəri, 20 Yanvar küçəsi.

19.09.2017 (23:15)

Fövqəladə Hallar Nazirliyi Ələt-Astara yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.

Oxu.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ələt-Astara magistral avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində “VAZ” və “Mercedes” markalı iki minik avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini “VAZ” markalı minik avtomobilindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:10-da başa çatıb.

22:47

Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Məlumata görə, hadisə yeni inşa olunan magıstral yolun istismara verilməyən hissəsində baş verib.

Xəsarət alanlardan iki nəfərin kimliyi bəlli olub. Salyan xəstəxanasına yerləşdirilən yaralılar “Mercedes”in sərnişini  Cəlilabad sakini 1990-cı il təvəllüdlü Əzimov Fərid Habil oğlu və “VAZ 2106” markalı avtomobilin sərnişini Sabirabad sakini 27 yaşlı Hüseynov Babək Xanəhməd oğludur.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri