14 
Sen
2017
13:55
49
234
4871
Virtual karabakh

Pirallahıda 1168 sürücü cərimələndi – FOTO

Pirallahı rayonunda vaxtı keçmiş cərimələri ödəməyən sürücülərin aşkar edilməsi məqsədi ilə reydlərə başlanılıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin müvafiq tapşırığına əsasən, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, barələrində tərtib olunmuş elektron protokollar üzrə təyin edilən cərimələri vaxtında ödəməyən sürücülərin müəyyən edilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir.

Bu istiqamətdə növbəti reyd Pirallahı Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Reyd zamanı saxlanılan sürücülərin cərimələrinin olub-olmaması patrul avtomobillərində olan xüsusi bort kompüterlər vasitəsi ilə yoxlanılıb. Həmçinin, cərimələri mərkəzi məlumat xidmətində qərarsız kimi qeyd olunan sürücülər də saxlanılaraq onlara pozduqları yol hərəkəti qaydaları barədə yerindəcə müvafiq sənədlər təqdim olunub.

Tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni 2 ay müddətində ödəməyən sürücünün nəqliyyat vasitəsinin mühafizə olunan müvəqqəti duracağa yerləşdirilməsi barədə qərar qəbul olunur. Təşkil olunan reyd zamanı bu tipli qayda pozuntularına yol verən sürücülərin də avtomobilləri cərimə meydançasına yerləşdirilib.

Qeyd edək ki, bu ilin 8 ayı ərazində Pirallahı rayon DYPB-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 1083 inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin kömkliyi ilə qaydaları pozan 1168 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib.

A.M.

www.oxu.az

Digər Avto-Moto xəbərləri