13 
Sen
2017
10:39
11
150
3839
Virtual karabakh

Bakıda gənc oğlanı avtomobil vurdu – VİDEO

13 Sen, 2017
10:39
3839

Bakıda gənc oğlanı avtomobil vurdu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda gənc oğlanı avtomobil vurub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Zabrat qəsəbəsində yolu keçmək istəyən 26 yaşlı Anar Bəxtiyar oğlunu "BMW" markalı, 10-TL-098 seriya nişanlı avtomobil vurub. Hadisədən dərhal sonra sürücü yaralını xəstəxanaya çatdırıb. Yaralıya dərhal tibbi yardım göstərilib. Həkimlər kəllə-beyin travması alan yaralının vəziyyətini orta ağır kimi qiymətləndirib.

Hadisə yerinə Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Sürücü saxlanılaraq, ifadəsinin alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri