12 
Sen
2017
10:28
8
130
1641
Virtual karabakh

Azərbaycanda bir gündə yol qəzalarında ən azı 5 nəfər öldü

12 Sen, 2017
10:28
1641

Azərbaycanda bir gündə yol qəzalarında ən azı 5 nəfər öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Azərbaycanda baş vermiş yol qəzalarında 5 nəfər vəfat edib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, sentyabrın 11-də respublika yollarında 10 ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb və nəticədə 25 nəfər xəsarət alıb.

Həftənin ilk günündə Sabirabad şəhərində avtobusun idarəetmədən çıxaraq, ağaca çırpılması nəticəsində 2 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb. Lənkəran və Sumqayıtda isə minik avtomobillərinin toqquşması insan itkisi ilə nəticələnib. Bundan başqa, Gəncə şəhərinin Kəpəz rayonunda avtomobilin vurduğu piyada da ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri