14 
Mar
2024
14:17
12
128
3302
Virtual karabakh

Nərimanov rayonunda dağılmış yolu hansı qurum təmir etməlidir? - AÇIQLAMA - YENİLƏNİB + VİDEO

14 Mar, 2024
14:17
3302

Nərimanov rayonunda dağılmış yolu hansı qurum təmir etməlidir? - AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nərimanov rayonu Nadir Əliyev küçəsində yol bərbad vəziyyətdədir. Yolun təmirini isə heç bir qurum öz üzərinə götürmür.

Belə ki, dağılmış vəziyyətdə olan sözügedən yolun təmiri ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, ərazi agentliyin balansında deyil.

O əlavə edib ki, əgər rayon rəhbərliyi yolun təmir olunmasını istəyirsə, aidiyyəti üzrə investisiya proqramına müraciət etməlidir. Bundan sonra layihənin icrası AAYDA-ya həvalə oluna bilər.

Nərimanov Rayon İcra Hakimiyyətinin tabeliyində olan Mənzil-Kommunal Təsərrüfatı Birliyindən (MKTB) isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, bu iş onların da səlahiyyətlərinə daxil deyil:

“Həmin yol məhəllədaxili yox, ümumi istifadədə olduğu üçün bu məsələ bizim səlahiyyətlərimiz xaricindədir. Ona görə də yolun təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət olunması tövsiyə olunur”.

11:40

Bakının Nərimanov rayonunda yollar dağılmış vəziyyətdə olsa da, buna bir çarə qılan yoxdur.

Bu barədə Oxu.Az-a oxucular məlumat veriblər.

Qeyd olunur ki, rayonun dəbdəbəli biznes obyektlərinin yerləşdiyi Nadir Əliyev küçəsində yolun asfalt örtüyü bərbad hala düşüb, iri çalalar əmələ gəlib. Bu isə xüsusilə sutkanın qaranlıq vaxtında avtomobillərin hərəkətinə çətinlik yaradır, onlara ziyan vurur.

“Aidiyyəti qurumlar vəziyyətdən xəbərdar olsalar da, heç bir tədbir görmürlər”, - şikayətdə bildirilib.

Videonu təqdim edirik:

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri