13 
Dek
2023
16:58
10
28
4770
Virtual karabakh

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 14 dekabrdan etibarən nümayiş olunacaq filmlərin siyahısı - VİDEO

13 Dek, 2023
16:58
4770

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 14 dekabrdan etibarən nümayiş olunacaq filmlərin siyahısı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vonka” musiqili fantastika filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində ABŞ, Kanada, İrlandiya, Böyük Britaniya, Avstraliya və Fransa istehsalı olan “Vonka” musiqili fantastika filminin nümayişi başlayır.

Filmin rejissoru: Pol Kinq.

Baş rollarda: Timoti Şalame, Oliviya Kolman, Hyu Qrant.

Müddəti 105 dəqiqə. Yaş məhdudiyyəti yoxdur.

Film haqqında qısa məlumat: Villi Vonka dünyanın ən məşhur şokolad fabriklərindən birinin sahibidir. Ancaq fabrikin açılışına qədər onun başına gələnləri az adam bilir. “Vonka” baş qəhrəmanın gənc yaşlarında sərgüzəştlərini, onun şirniyyat üçün yeni ləzzətlər axtarmağını və təhlükəli Loompalənddə ilk dəfə Oompa-Lumpalarla tanışlığını təsvir edir...

Qeyd etmək istərdik ki, film üç dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Vonka” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə “Dəniz Mall”da yerləşən “CinemaPlus”da baxmaq olar.

“Mənim killer yoldaşım” komediya-döyüş filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Fransa, ABŞ, Almaniya istehsalı olan “Mənim killer yoldaşım” komediya-döyüş filminin nümayişi başlayır.

Filmin rejissoru: Toma Vensan.

Baş rollarda: Keyli Kuoko, Devid Oyelouo, Bill Nayi.

Müddəti 115 dəqiqə. Yaş həddi 16+.

Film haqqında qısa məlumat: Qayğıkeş ər yoldaşının dünyanın ən yaxşı qatilləri tərəfindən izlənilən birinci dərəcəli muzdlu olduğunu biləndə “adi” evli cütlüyün həyatı alt-üst olur. Birgəyaşayış üçün həyat yoldaşları bir-birləri ilə yenidən tanış olmalı və birlikdə hərəkət etməli olacaqlar.

“Cırtdanlar. Yeni il xaosu” komediya-qorxu filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Norveç və Finlandiya istehsalı olan “Cırtdanlar. Yeni il xaosu” qorxu filminin nümayişi başlayır.

Filmin rejissoru: Maqnus Martens.

Baş rollarda: Amrita Açariya, Tauns Banner, Aleksandr Karlsen El Yunussi.

Müddəti 115 dəqiqə. Yaş həddi 18+.

Film haqqında qısa məlumat: Yeni il ərəfəsində şampan şüşələri açmaq, fişəngləri partlatmaq və “TikTok” üçün videolar çəkmək adət halına gəlsə də, bunları sevməyənlər də var. Məsələn, anbar cırtdanları. Onlar, sadəcə, bir kasa yulaf sıyığı və sakitlik xəyal edirlər. Onların dincliyini pozan və onlara yemək verməyi unudan hər kəsi isə dəhşətli aqibət gözləyir - bağçılıq alətləri və son dərəcə təhqiramiz sözlərlə silahlanmış bütöv bir cırtdan dəstəsi.

 

“Haile 2: Var mı, yok mu?!” qorxu filmi

“CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Haile 2: Var mı, yok mu?!” qorxu filminin nümayişi başlayır.

Filmin rejissoru: Alper Mestçi.

Baş rollarda: Gülşah Aydın, Betigül Ceylan, Ömer Gecü.

Müddəti 135 dəqiqə. Yaş həddi 18+.

Film haqqında qısa məlumat: Bütün ev ziyarətçiləri sonsuz bir kabusa aparan bir lənətə bürünür. Hər otaqda keçmişin səhvlərini əks etdirən bir güzgü var. Günahlarla dolu evdən çıxmaq mümkün deyil.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az

mobil tətbiqindən, “iOS” və “Android” əməliyyat sistemi olan smartfonlar üçün:

IOS link  

Android link  

əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya (012) 499-89-88 və “119” nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri