20 
Dek
2023
16:27
42
29
4701
Virtual karabakh

Çoxdan gözlənilən “Akvamen və itmiş krallıq” superqəhrəman filmi “CinemaPlus”da - VİDEO

20 Dek, 2023
16:27
4701

Çoxdan gözlənilən “Akvamen və itmiş krallıq” superqəhrəman filmi “CinemaPlus”da - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 21-dən etibarən “Warner Bros.” studiyasının “Akvamen və itmiş krallıq” Amerika fantastik döyüş superqəhrəman filminin nümayişi başlayır. Bu, “DC Genişləndirilmiş Kainatı”nın on beşinci (sonuncu filmi) və 2018-ci ildə çəkilmiş “Akvamen” filminin davamıdır.

Rejissor Ceyms Van söz verib ki, bu hissədə sualtı dünya mümkün qədər üzə çıxacaq.

Baş rolu təkrarolunmaz Ceyson Momoa ifa edib, filmdə, həmçinin Ben Afflek, Ember Herd, Patrik Uilson, Temuera Morrison, Yahya Abdul-Matin II və başqaları rol alıblar.

Film haqqında qısa məlumat: Atlantidanın üzərində geridönüşü olmayan fəlakətlə nəticələnə biləcək yeni bir təhlükə yaranır. Bu təhlükənin öhdəsindən, hətta Akvamen təkbaşına gələ bilməz. Səltənətini xilas etmək üçün bu dəfə gözlənilməz ittifaq yaratmalı olacaq.

Qeyd etmək lazımdır ki, film üç dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin “Akvamen və itmiş krallıq” filminə Azərbaycanda ən son 4DX texnologiyası ilə “Dəniz Mall”da yerləşən “CinemaPlus”da baxmaq olar.

Biletləri kinoteatrlar şəbəkəsinin kassalarından, kinoteatrın saytından: www.cinemaplus.az mobil tətbiqindən, “IOS” və “Android” əməliyyat sistemi olan smartfonlar üçün: IOS link və Android link əldə edə bilərsiniz.

Daha ətraflı məlumatı sosial şəbəkələrdən və ya (012) 499-89-88 və “119” nömrələrinə zəng edərək əldə edə bilərsiniz.

Bizimlə əlaqə saxlayın

Digər CineMastercard xəbərləri