16 
Apr
2024
13:36
19
36
929
Virtual karabakh

Ekspert: “COP29 iqlim məqsədlərinə çatmaqda təməl daşı ola bilər”

16 Apr, 2024
13:36
929

Ekspert: “COP29 iqlim məqsədlərinə çatmaqda təməl daşı ola bilər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP) Tərəflər Konfransı qlobal əməkdaşlıq üçün əla fürsətdir”.

Bunu “Report”a açıqlamasında Beynəlxalq Hidrogen Enerjisi Assosiasiyasının ekoloji cəhətdən təmiz hidrogen üzrə mütəxəssislər qrupunun rəhbəri Məhəmməd Əbu Laban deyib.

Ekspert qeyd edib ki, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə iqlim dəyişikliyi layihələrinin strateji planlaşdırılması kritik məsələdir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) “yaşıl keçid”də ölkələri dəstəkləmək üçün möhkəm mexanizmlərin işlənib hazırlanmasına diqqət yetirə bilər.

Qarşıdan gələn COP29-dan gözləntiləri barədə danışan Əbu Laban bildirib ki, bu, gələcəkdə iddialı məqsədlərin müəyyən edilməsi və mövcud sazişlər əsasında gələcək əməkdaşlığın gücləndirilməsi üçün təməl daşı ola bilər.

Əbu Laban vurğulayıb ki, iqlim dəyişikliyi ilə bağlı iddialı məqsədlər mövcud olsa da, onların həyata keçirilməsi çətin olaraq qalır:

“COP29 ölkələri mövcud öhdəlikləri yerinə yetirmək üçün məsuliyyət götürməyə və onları həyata keçirmək üçün daha ətraflı planlar hazırlamağa təşviq edə bilər”.

O hesab edir ki, mövcud geosiyasi vəziyyət iqlim dəyişikliyi ilə bağlı beynəlxalq əməkdaşlığa təsir göstərə bilər:

“Ümid edirəm ki, COP29 ölkələr üçün fikir ayrılıqlarını bir kənara qoyub, iqlim dəyişikliyinin aradan qaldırılmasında ümumi məqsədə diqqət yetirmək üçün bir platforma təmin edə bilər”.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri