26 
Noy
2015
16:07
154
404
47444
Virtual karabakh

Nardaranda əməliyyat: 4 polis həlak oldu – YENİLƏNİB

26 Noy, 2015
16:07
47444

Nardaranda əməliyyat: 4 polis həlak oldu – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlahiyyatçı Tale Bağırzadə saxlanıldı.

Bu gün Nardaranda baş vermiş silahlı insident nəticəsində dörd polis əməkdaşının həlak olduğu bildirilir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.

Radikal qrupun üzvləri polisə qumbara atıb, sonra isə atəşə tutublar.

Atışma zamanı daha bir neçə nəfər yaralanıb.

Onların arasında polis əməkdaşları da var.

15:07

Nardaranda baş vermiş silahlı insident nəticəsində ölən və yaralananlar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirliblər.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, xəstəxanaya çatdırılan zaman həlak olan şəxs polis əməkdaşıdır.

Məlumata görə, hadisə  nəticəsində daha bir neçə polis əməkdaşı yaralanıb. Bildirilir ki, əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib.

Trend-in məlumatına görə, əməliyyat zamanı ilahiyyatçı Tale Bağırzadə saxlanılıb.

T.Bağırzadənin vəkili Cavad Cavadov agentliyə bildirib ki, müvəkkilinin saxlanıldığı barədə məlumatı olsa da, hansı polis idarəsinə aparılması barədə hələ məlumatı yoxdur.

Trend-in əldə etdiyi son məlumata görə, insident nəticəsində ölənlərin sayı 4 nəfərdən artıqdır.

15:04

Bakıda xüsusi əməliyyat keçirilib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. 

Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.
 
Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.
 
Sabunçu rayon Polis İdarəsindən əməliyyat keçirildiyini təsdiqləyiblər.
 
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır, bu barədə ictimaiyyətə məlumat veriləcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri