Yan
2014
14:23
8
53
2624
Virtual karabakh

Abşeronda kürəkən qayınatasını və qayınanasını güllələyib

2 Yan, 2014
14:23
2624

Abşeronda kürəkən qayınatasını və qayınanasını güllələyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Faktla bağlı cinayət işi başlanılıb.

Azərbaycanın Abşeron rayonunda dəhşətli qətl törədilib.

Oxu.Az xəbər verir ki, Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı bağlarında qeydə alınıb.

Rayon sakini 1978-ci il təvəllüdlü Bayram Mirzəağa oğlu Həsənov ailə münaqişəsi zəminində qayınatası, 1966-cı il təvəllüdlü Nəzər Qəmbər oğlu Hüseynovu və qayınanası, 1966-cı il təvəllüdlü Rəfiqə İbrahim qızı Hüseynovanı güllələyib. Nəticədə onların hər ikisi aldıqları güllə yarasından hadisə yerindəcə keçiniblər.

Qətli törədən B.Həsənov saxlanılıb. Ondan hadisədə istifadə etdiyi 1 ədəd ov tüfəngi götürülüb. 

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri