26 
Yan
2016
14:22
150
39
12524
Virtual karabakh

Taxıl Kombinatının direktorunu öldürən şəxslər saxlanıldı – YENİLƏNİB

26 Yan, 2016
14:22
12524

Taxıl Kombinatının direktorunu öldürən şəxslər saxlanıldı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qətli qadın təşkil edib.

Bakıda qətlə yetirilən kombinat direktorunun evindən nə qədər pulun aparıldığı məlum olub.

Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, qətli məhrumun tanışı Mahurə Hüseynova təşkil edib. 

Belə ki, o, tanışları Mübariz Əliyev və Ehtiram Həsənovla qabaqcadan əlbir olaraq Qalib Bağırovu öldürməyi və evini qarət etməyi planlaşdırıblar. Lakin qətli törədən qrup evdən cəmi 300 manata yaxın pul tapa biliblər.

Hazırda Suraxanı rayon Prokurorluğunda hadisəni törədən şəxslərin ifadəsi alınır.

12:29

Bakıda taxıl kombinatının direktorunu qətlə yetirən şəxslərin adları məlum olub. 

Oxu.Az xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Hövsan qəsəbəsində 1963-cü il təvəllüdlü Bağırov Qabil Arif oğlunu qətlə yetirən şəxslərin Həsənov Ehtiram Hətəm oğlu, Hüseynova Mahnurə Heydərəli qızı və Əliyev Mübariz Soltanəli oğlu olması müəyyən edilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində onlar tutulublar.

Məlum olub ki, Hövsan qəsəbəsindəki evdə tək yaşıyan Q.Bağırovun M.Hüseynova ilə münasibəti olıub və qadının onun evinə gediş-gəlişi olub. Daha sonra M.Hüseynova tanışları ilə birgə plan quraraq Q.Bağırovu yaşadığı evdə qətlə yetirib.

O da məlum olub ki, hadisə tamah məqsədi ilə törədilib. Lakin cinayətkar qrup evdən planlaşdırdığı məbləğdə pul apara bilməyib. Çünki Q.Bağırov hadisədən əvvəl evdəki pullarını apararaq iş yerindəki seyfə yerləşdiribmiş.

Qeyd edək ki, yanvarın 8-də Q.Bağırov yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. Meyit müayinə olunarkən onun boğazında boğulmaya xas əlamətlər də aşkarlanıb.

10:48

Bakıda Taxıl Kombinatının direktorunun qətlinin üstü açılıb.

Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. 

Saxlanılanlardan biri qətlə yetirilən kombinat direktorunun tanışı Mahurə adlı qadındır. Həmin qadın Ehtiram və Mübariz adlı şəxslərlə əlbir olaraq məlum qətli həyata keçiriblər. 

Qeyd edək ki, hadisə yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.  

Qətlə yetirilən Q. Bağırov Taxıl Kombinatının direktoru olub.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri