10 
Fev
2016
14:21
230
21
12070
Virtual karabakh

İlhamə Quliyevanın oğlu dindirildi

10 Fev, 2016
14:21
12070

İlhamə Quliyevanın oğlu dindirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Orxan Nadirovun adı başqa bir cinayət işində hallanır”.

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun adının cinayət işində hallanmasının bəzi detalları məlum olub.

Oxu.Az aznews.az-a istinadla xəbər verir ki,  fakt üzrə açılan cinayət işinə görə O.Nadirov artıq Binəqədi Prokurorluğuna çağırılaraq ifadəsi alınıb.

Məlumata görə, O.Nadirovun da adının keçdiyi cinayət işi Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Mehman Ələkbərovun icraatındadır.

Binəqədi rayon prokurorunun köməkçisi Fəridə Bayramova İlhamə Quliyevanın oğlunun adının cinayət işində hallanması faktını təsdiqləyib:

“Orxan Nadirovun adı başqa bir cinayət işində hallanır. Adı hallanan cinayət işiylə bağlı O.Nadirov çağırılıb və dindirilib”.

Xatırladaq ki, dünən sayt Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılması ilə bağlı məlumat yayıb. Məlumata görə, Binəqədi rayon Polis İdarəsində açılan cinayət işində o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur.

Onu da bildirək ki, O.Nadirovun dostu Vüqar Bəkirov barəsində də cinayət işi açılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə həbs qətimkan tədbiri seçilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri