12 
Fev
2016
22:29
125
37
4605
Virtual karabakh

Rusiyada narkotik alveri edən azərbaycanlı tutuldu - VİDEO

12 Fev, 2016
22:29
4605

Rusiyada narkotik alveri edən azərbaycanlı tutuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddət öncə eyni əmələ görə onun həyat yoldaşı da saxlanılıb.

Rusiyanın Primorye diyarının Naxodka şəhərində 41 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, saxlanılan şəxsin üzərindən iri həcmdə narkotik maddə (heroin) aşkar edilib.

Polis əməkdaşları azərbaycanlının evində axtarış apararaq 3 milyon (təxminən 60 min manat) rubldan çox pul vəsaiti aşkar edərək götürüblər. Pullar divanın üzlüyünün altında gizlədilibmiş.

Faktla bağlı cinayət işi qaldırılıb.

Xəbərdə deyildiyinə görə, polis əməkdaşları uzun müddət ərzində tutulan azərbaycanlını izləyirmişlər. Bir müddət öncə eyni əmələ görə onun həyat yoldaşı da saxlanaraq həbs edilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri