21 
Noy
2016
16:04
15
198
11773
Virtual karabakh

Əli Abbasov aylıq 300 min xərcləməsinə aydınlıq gətirdi

21 Noy, 2016
16:04
11773

Əli Abbasov aylıq 300 min xərcləməsinə aydınlıq gətirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabiq Rabitə və yüksək texnlologiyalar naziri Əli Abbasov aylıq şəxsi xərclərinə 200-300 min manat xərcləməsi ilə bağlı yayılan informasiyaya münasibət bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlama verən Əli Abbasov deyib ki, ümumiyyətlə, belə bir ifadə verməyib.

Onun sözlərinə görə, hazırda həbsdə olan nazirliyin vəzifəli şəxslərinin ilkin istintaq zamanı verdikləri ifadələrə əsasən belə məlumatlar yayılır: “Bunların heç birinin əsası yoxdur. Mənim elə bir ifadəm olmayıb. Qeyd olunan xərclərə gəldikdə isə deyə bilərəm ki, nazirlik mütəmmadi olaraq, ölkəmizdə informasiya texnologiyalarının inkişafı məqsədiylə bir sıra tədbirlər həyata keçirib.

Bu məqsədlə gənc mühəndis və mütəxəssislərin hazırlanması, onların daxildə, xaricdə universitetlərdə və kurslarda təhsil və hazırlıq proqramlarının keçirməsi, müxtəlif seminar konfransların təşkili üçün sponsorluq fəaliyyəti həyata keçirilib. Qeyd olunan vəsaitlər də bu istiqamətə xərclənib. Həmçinin, mənim tövsiyələrimə görə, kiçik provayderlərin, İT mərkəzlərinin, “Start-UP” şirkətinin texniki təminatının gücləndirilməsinə yönəldilib. Ancaq bu vəsaitlər necə xərclənib, o barədə dəqiq bir söz deyə bilmərəm”.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri