Yan
2017
00:18
41
213
6660
Virtual karabakh

Rüfət Səfərov cəzaçəkmə müəssisəsinə köçürüldü

7 Yan, 2017
00:18
6660

Rüfət Səfərov cəzaçəkmə müəssisəsinə köçürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov cəzaçəkmə müəssisəsinə köçürülüb.

Oxu.Az xəbər verir ki, R.Səfərovun vəkili Bəhruz Bayramov Trend-ə açıqlamasında bildirib ki, R.Səfərov yanvarın 6-da 1 saylı Bakı İstintaq Təcridxanasından 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdı.

Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bir müddət sonra isə məhkəmənin qərarı ilə R.Səfərovun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdi və o, azadlığa buraxılmışdı. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri