Yan
2017
15:28
47
165
4503
Virtual karabakh

Külli miqdarda Rusiya rublunun ölkədə çıxarılmasının qarşısı alındı

7 Yan, 2017
15:28
4503

Külli miqdarda Rusiya rublunun ölkədə çıxarılmasının qarşısı alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada keçid xətti ilə Rusiya Federasiyası istiqamətinə gedən iki nəfər Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün üzərlərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, yoxlama nəticəsində onların hər birinin üzərindəki gödəkcənin cibindən və hər ikisinin ayaqqabılarının içərisindən şəffaf ağ rəngli polietilen paketə bükülü şəkildə 1 milyon 200 min Rusiya rublu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri