Yan
2017
16:44
24
196
8000
Virtual karabakh

Qatil “İraq Hava Yolları”nın əməkdaşına 5 atəş açıb – TƏFƏRRÜAT

7 Yan, 2017
16:44
8000

Qatil “İraq Hava Yolları”nın əməkdaşına 5 atəş açıb – TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda ofisdə baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

Oxu.Az xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan “Report”a verilən məlumata görə, “İraq Hava Yolları” aviaşirkətinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı Nümayəndəliyində sürücü vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Bəşirov Elşən Rəfayət oğlu orada satış üzrə menecer işləyən Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı özünə məxsus “Vinçester” markalı ov tüfəngi ilə bədəninin müxtəlif nahiyələrinə 5 atəş açaraq qəsdən öldürüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

E.Bəşirov polisə gələrək təslim olub və cinayətin aləti olan ov tüfəngini təqdim edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

S.B.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri