Yan
2017
15:37
204
41
3863
Virtual karabakh

Masallıda bir neçə məscidi yaran şəxs tutulub – FOTO + VİDEO

9 Yan, 2017
15:37
3863

Masallıda bir neçə məscidi yaran şəxs tutulub – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayonunda dörd məsciddən oğurluq edilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisələr rayonun Ərkivan qəsəbəsində, Dəmirçi və Qızılavar kəndlərində qeydə alınıb.

Dəmirçi kənd məscidindən yas mərasimləri üçün istifadə olunan 4 mis qazan, Qızılavar kəndində yerləşən məsciddən 4 qazan, Ərkivan qəsəbəsində yerləşən Bağlaküçə məscidindən isə səsgücləndirici və iki sellofan paket pambıq oğurlanıb.

Sonuncu oğurluq hadisəsi Şahsəfi məscidində qeydə alınıb. Məscidin İmamı Fikrət Nəzərovun sözlərinə görə, ötən gün namaz vaxtı tanımadıqları cavan oğlan hər kəsin namazını qılıb qurtardığını gördükdən sonra nəzir qutusunu sındıraraq içində olan 106 manat pulu oğurlayıb. Səs-küyə gələn imam yaxınlıqdakı insanların köməyi ilə oğurluq edən şəxsi yaxalayaraq polisə təhvil verib.

Masallı rayon Polis Şöbəsindən verilən məlumata görə, artıq hadisəni törətmiş şəxs saxlanılıb. Onun başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır. Oğurluq hadisəsini törədən şəxsin rayonun Seybətin kənd sakini Ağahüseyn Ramiz oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri