10 
Yan
2017
17:04
15
242
5973
Virtual karabakh

Bakıda sərnişin avtobusu qəza törədib – FOTO

10 Yan, 2017
17:04
5973

Bakıda sərnişin avtobusu qəza törədib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda sərnişin avtobusu qəza törədib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Fəhlə prospektində qeydə alınıb.

Belə ki, 46 saylı sərnişin avtobusu “Kia” markalı minik avtomobili ilə toqquşub.

“Kia”nın sürücüsünün verdiyi məlumata görə, o, dönmə əməliyyatı edərək əks yola çıxıb. Avtomobilin arxası ilə sürətlə hərəkətdə olan sərnişin avtobusu “Kia”nın arxasına çırpılıb.

Nəticədə avtobus yoldan çıxaraq qaz yanacaqdoldurma məntəqəsinin səkisinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri