11 
Yan
2017
11:52
2
219
4162
Virtual karabakh

Bakıda xəstə boğazını kəsərək intihar edib

Bakıda xəstəxanada intihar hadisəsi baş verib.

Oxu.Az-ın verdiyi xəbərinə görə, Xəzər Rayon Prokurorluğundan “Report”a bildirilib ki, Buzovna qəsəbəsində yerləşən 7 saylı Vərəm Əleyhinə Dispanserdə müalicə olunan 53 yaşlı Anatoli Mehdiyev həmin səhiyyə müəssisəsində boğazını kəsərək intihar edib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

E.Ə.
www.oxu.az

Digər Kriminal xəbərləri