13 
Yan
2017
15:57
29
359
11890
Virtual karabakh

Lənkəranda qadın özünü polis idarəsinin 3-ci mərtəbəsindən atdı – FOTO + YENİLƏNİB

13 Yan, 2017
15:57
11890

Lənkəranda qadın özünü polis idarəsinin 3-ci mərtəbəsindən atdı – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Polis idarəsində işgəncələrə məruz qalmasını iddia edən qadın həqiqətəuyğun gəlməyən məlumatlar yaymağa çalışır”. 

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a Lənkəran Şəhər Rayon Polis Şöbəsindən (ŞRPŞ) bildirilib. 

Məlumata görə, rayonun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva 4 il əvvəl törədilən qətlə bağlı ifadəsi alınması üçün bölməyə dəvət edilib: 

“Ondan törədilən qətldə əlinin olub-olmadığına dair izahatı alınıb. İzahatı alınandan sonra nəzarətsiz vəziyyətdə qalan qadın özünü polis şöbəsinin inzibatı binasının ikinci mərtəbəsindən yerə atıb. Bununla da məsuliyyətdən yayınmağa çalışıb. Qadına qarşı heç bir zorakılıq əməlindən istifadə edilməyib. O, ictimaiyyətdə cinayət məsuliyyətindən yayınmaq üçün heç bir həqiqətəuyğun gəlməyən məlumatlar yaymağa çalışıb”.  

Həmçinin vurğulanıb ki, Y.Əliyeva idarənin rəis müavini Əlifağa Kazımova şifahi izahat verib. 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

15:37

Lənkəran rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva iddia edir ki, o, rayon Polis İdarəsində dəhşətli işgəncələrə məruz qalıb.

Bu barədə Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir.

Sayt qeyd edir ki, Y.Əliyeva polis idarəsində namusuna toxunacaqlarından ehtiyat edərək özünü idarənin 3-cü mərtəbəsindən atıb. 

Hazırda Respublika 1 saylı Kliniki Tibbi Mərkəzinə (“Semaşko”) yerləşdirilən Y.Əliyevanın vəziyyəti ağırdır.

Y.Əliyevanın sözlərinə görə, bir müddət öncə qonşuluqda yaşayan Azadə və Şəbnəm bacılarına 900 manat borc pul verib. Lakin borcunu geri istədikdə, bacılar onu hədələyib və polisə 2013-cü ildə yanaraq ölən qonşusu Fəxriyyə Hüseynovanı onun öldürdüyünü deyəcəklərini bildiriblər.

Zərəçəkmişin sözlərinə görə, dekabrın 28-də axşam vaxtı namaz qılmağa hazırlaşarkən mülki geyimdə olan 5 polis əməkdaşı onu polis idarəsinə aparıb.

“Məni bir gecə orada saxladılar. Rəis müavinin gözünün qarşısında dubinka ilə döydülər. Deyirdilər ki, ölən qonşum Fəxriyyəni öldürdüyümü boynuma alım. Hətta zorla mənə hansısa kağıza imza da atdırdılar.

Rəis müavini məndən ölənin adamlarından üzr istəməyi tələb etdi. Ayaqlarına düşüb dedim ki, qələt eləmişəm. Mənim heç bir günahım yoxdur. Sonra polislərə dedi ki, bunu aparın aşağı necə lazımdı, dərsini verin. Dözə bilmədim, ayaqyoluna getmək üçün icazə aldım. Qorxdum ki, namusuma sataşarlar, özümü ayaqyolunun pəncərəsindən, 3-cü mərtəbədən tulladım”, - deyə Y.Əliyeva bildirir.

Y.Əliyeva dünyasını dəyişən F.Hüseynovanı yaxşı tanıdığını deyir. Onun sözlərinə görə, qadın elektrik sobasının üstünə yıxılaraq ölüb, onun qonşusunun ölümü ilə heç bir əlaqəsi yoxdur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri